Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Ofis şəraitində işləyənlər necə qidalanmalıdır?

Ofis şəraitində işləyənlərdə çox vaxt fiziki aktivlik azalır, qida balansı pozulur. Nəticədə hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanma bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Ona görə də həmin şəxslər qida rasionuna diqqət yetirməlidirlər.
“Qafqazinfo” xəbər verir ki, qida mütəxəssisləri yağlı və karbohidratlı qidalardan uzaq olmağı məsləhət görürlər.
Gündəlik qida rasionunda meyvə və tərəvəzlərə üstünlük verilməlidir, çünki orqanizmdə daha uzun müddət toxluq hissi yaradır və daha az kalorilidir. Karbohidrat istehlakından çəkinmək lazımdır.
Ofis şəraitində işləyənlər oturaq həyat tərzi keçirdiklərinə görə qida saatlarını unudur, axşama doğru ac qalır və evə gedəndə normadan artıq yeyirlər. Bu isə metabolizmə səbəb olur və təbii ki, sağlam qidalanmadıqda, fiziki aktivlik olmadıqda bir çox xəstəliklər üzə çıxır.
Qida mütəxəssisləri oturaq həyat tərzi keçirənlərə gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz yemək tövsiyə edirlər. Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, balıq məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür.
Oturaq həyat tərzi keçirənlərin karbohidrat və şəkər qəbulunu azaltmağı tövsiyə olunur. Qida rasionuna həzmi yaxşılaşdıran süd məhsullarının da əlavə olunması məsləhət görülür. Belə ki, qidada süd və ya qatıq 230-250 qram, pendir isə 50-60 qram təşkil etməlidir.






















































