“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
YAŞIL İQTİSADİYYATA KEÇİDİN AVROPA TƏCRÜBƏSİ VƏ AZƏRBAYCAN FENOMENİ
Məcidov Rəfael Azər oğlu
UNEC Rus İqtisad Məktəbinin III kurs tələbəsi, gənc tədqiqatçı
YAŞIL İQTİSADİYYATA KEÇİDİN AVROPA TƏCRÜBƏSİ VƏ AZƏRBAYCAN FENOMENİ
Qlobal iqlim dəyişikliyi və dünya iqtisadiyyatının tükənən enerji resursları bazasında inkişaf etməsi nəticəsində ekoloji problemlərin kəskinləşməsi beynəlxalq xarakter daşıyır. Odur ki, bərpa olunan enerji resurslarının istifadəsinə əsaslanan iqtisadiyyata keçid bütün dünya ölkələri üçün obyektiv zərurətdən irəli gəlir.
Bu səbəbdən 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının qətnaməsi ilə BMT-nin ətraf mühitin mühafizəsi proqramının (UNEP) yaradılması qərara alındı. Bu proqram ətraf mühitə zərər vermədən səmərəliliyə nail olmaq üçün təbii ehtiyatların paylanması və idarə edilməsini koordinasiya etməyi hədəfləyir və ətraf mühitin qorunması tədbirlərini əhatə edir. UNEP, “yaşıl iqtisadiyyatı” insanların rifahını artıran və sosial ədaləti təmin edən bir iqtisadi sistem olaraq dəyərləndirilir.
Avropa Birliyi davamlı inkişafa sadiq qalaraq “yaşıl iqtisadiyyata” keçidin önündədir. Bu region yeni texnologiyaların tətbiqi və bərpa olunan enerji mənbələrinin istifadəsində əhəmiyyətli irəliləyişlər əldə etmişdir. Yaşıl iqtisadiyyat təkcə Aİ regionunda ətraf mühitə müsbət təsir göstərmir, həm də yanacaq idxalından asılılığı azaltmaqla enerji təhlükəsizliyini artırır. AB bölgəsi yaşıl iqtisadiyyata keçidi təsir edən davamlı yeniliklərlə xarakterizə olunur. Bu regiondakı elm adamları, yeni iş modelləri və yeniliklərə əsaslanan iş və təşəbbüskarlığın inkişafına təkan verən yeni enerji mənbələri və bərpa olunan enerji saxlama yollarını inkişaf etdirməkdə çox zəngin bir təcrübə qazanmışlar. “Yaşıl iqtisadiyyat” konsepsiyasının uğurla həyata keçirilməsi üçün dövlətlə sıx əməkdaşlıq “Yaşıl iqtisadiyyatda” uğur qazanmaq üçün müəssisələr və digər iqtisadi qurumlar yeniliyi dəstəkləyən maraqlı tərəflərlə qarşılıqlı əlaqədə olmalıdırlar.
Yaşıl iqtisadiyyata keçidin Azərbaycan modeli bu gün dünya birliyində müstəqil dövlət kimi qəbul olunan bütün ölkələr üçün bir örnəkdir. 20 il ərzində Azərbaycan “yaşıl iqtisadiyyata” keçid üçün kompleks tədbirlər həyata keçirmişdir və bu tədbirlərin keçirilməsi prosesi bu gün də davam edir. Neft və qaz kimi ənənnəvi təbii enerji resusrslarına əsaslanan milli iqtisadiyyatdan alternativ enerji mənbələrinə əsaslanan “yaşıl iqtisadiyyat” sisteminə keçidi təmin etmək dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin uzaq görənliyindən xəbər verir. Bu baxımdan COP-29 kimi iri miqyaslı beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qürurvericidir.
Onu da qeyd edək ki, COP-29 Azırbaycanda keçirilməsi “Yaşıl iqtisadiyyata” keçid üçün çox güclü bir implus rolunu oynayacaq və bir çox makroiqtisadi göstərici dinamikasına öz müsbət təsirini göstərəcəkdir.