Xəbər Lenti
Bugün, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Azərbaycan və Aİ "yaşıl" enerji üzrə dialoqu genişləndirir - Ceyhun Bayramov
Azərbaycan və Avropa İttifaqı (Aİ) yaşıl enerji üzrə dialoqu genişləndirir.
Bu barədə Xarici işlər nazir Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib
"Bərpa olunan enerjinin inkişafı Aİ ilə əməkdaşlığımızın prioritet sahələrindən biridir", - deyə C.Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisi istehsalında payını 17 faizdən 30 faizə çatdırmağı planlaşdırır.
C.Bayramov onu da qeyd edib ki, “Cənub Qaz Dəhlizi” vasitəsilə hidrogenin Avropa bazarına çıxarılması potensial olaraq mümkündür.
Xatırladaq ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.






















































