Xəbər Lenti
Dün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
24-04-2024, 06:05
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
17 Şub 16:16Siyasət
Prezident: Bərpaolunan enerji sahəsində alman şirkətləri ilə də əməkdaşlıq üçün böyük imkanlar var
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlər müəyyənləşdirilib, bu sahədə alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini vurğulayıb.
Həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanlar var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır