Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
BDYPİ-nin şöbə rəisindən qaydaları pozan tanınmışlara MÜRACİƏT
Son vaxtlar sosial şəbəkələrdə sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyən və üstəlik videoçəkilişlər edən tanınmışlara çox tez-tez rast gəlinir. Bu isə ictimaiyyət arasında birmənalı qarşılanmır.
Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanlayıb.
İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavabında təəssüf hissi ilə faktı təsdiqləyib.
O, sükan arxasında olan hər kəsə ünvanladığı müraciətində qeyd edib ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət edən hər kəsi həyata bağlayan bağdır.
“Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alırlar və məhz təhlükəsizlik kəmərini bağladıqları üçün sağ qalırlar.
Təəssüflə qeyd etməliyik ki, bəzən tanınan insanlarımız öz nümunəvi hərəkətləri ilə cəmiyyətə yaxşı nümunə olmaq əvəzinə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ətrafdakılara pis nümunə olurlar və hətta bunu bir “qəhrəmanlıq” kimi sosial şəbəkələrdə paylaşırlar.
Yadda saxlamaq lazımdır ki, vəzifəsindən, qulluq mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun hər kəsə şamil edilir. Qayda pozuntusu varsa, əlbəttə bunun məsuliyyəti də olacaq.
Heç bir bəhanə qayda pozmağa əsas gətirilə bilməz. Bəlkə kimlərsə öz həyat və sağlamlığına biganə yanaşa bilər, ancaq biz, qurum olaraq, o formada düşünənlər də daxil olmaqla hər kəsin həyat və sağlamlığına dəyər veririk və insanlarımızın yollarda xəsarət almamaları və həyatlarını itirməmələri üçün çalışırıq.
Odur ki, hər kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir və bu istiqamətdə cəmiyyəti doğru maarifləndirmək üçün hər kəsdən kömək və dəstək gözləyirik”, - deyə R.Tağıyev vurğulayıb.
Əzizə İsmayılova























































