Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir?
Dövlət Sərhəd Xidməti (DSX) Qazaxın nəzarətə götürülən kəndləri ilə bağlı Ali Baş Komandan İlham Əliyevə məruzə edib.
“Qafqazinfo” xəbər verir ki, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə məruzəni Prezidentə DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanov edib. Vətən müharibəsi iştirakçısı olan V.Sultanov, həm də Vətən Müharibəsi Qəhrəmanıdır.
Bildirilir ki, Vüsal Sultanov Vətən müharibəsindəki ən çətin döyüşlərdən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Belə ki, Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini vəzifəsinə irəli çəkilib. Bir müddət əvvəl isə o, DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.






















































