Uğurun təməlində peşəkarlıq və etibar dayanır – "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
İtkin düşmüş 10 nəfər bir gündə tapıldı
Mayın 29-da itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 15-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, aprelin 16-da Beyləqan rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, aprelin 18-də Xaçmaz rayonu ərazisində 4 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 34 yaşlı qadın, mayın 6-da Naxçıvan şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 27-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı qız və mayın 27-də Şəmkir rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 54 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.























































