Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

06 Haz 09:09Manşet / Gündəm

DOĞRULDANDA HƏKİM ANDIN...

 

Hər kəs mənimlə razılaşar ki, sağlamlığın qədrini xəstələnəndə bilirik.  “Başına gələn başmaqçı olar” misalı var...Neçə deyərlər,  necə illər idi ki, öd daşları mənimlə yoldaş idi. Son vaxtlar isə bu arzuolunmaz “yoldaş” məni yaman  narahat etdi... Dostlardan biri  Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində əməliyyat olmağımı məsləhət gördü. Övladımla getdik. Vüsal adlı həkim bizi qəbul etdi. Öd kisəmdə daş olduğunu bildirdim. Cox mehribanlıqla tibb bacısına göstəriş verdi ki, bütün müayinələrdən keçməyimə  kömək etsin. Analizləri verdim. Övladım tibb bacısına istədi nəsə hörmət etsin, olmaz dedi xanım, sığorta hesablıdı, burda pul yoxdu... Hər kəs bilir ki, belə müayinə,  analizlərərdən ötrü  nə qədər vəsait lazım gəlir. Amma hec bir manat da olmadı. Səhəri gün  bizi qəbul edən həkim Sədrəyev Vüsal məni  əməliyyat etdi. Xəstəxanada müayinə, müalicə, səliqə-sahman cox yüksək səviyyədə idi. Deyim  ki, burda xəstələrə hec bir dava-dərman almağa ehtiyac  qalmır. Xəstəyə  nə lazımdırsa xəstəxana tərəfindən  edilir.   Xəstəxananın texniki işçi heyətindən tutmuş ibbi personala kimi xəstələrə qarşı qayğıkeş və xoş münasibət göstərir.

...Vüsal həkim saat 11-də paltarları gəzib xəstələrin vəziyyətini yoxlayırdı. Mənim xəbərim olmadan tibb bacısı zəng edib ki, müəllimin təzyiqi ciddi narahatredicidir Vüsal həkim tez bir vaxta  dərman alıb,  özü qəbul etdirdi. Mən şəxsən bu xidməti hərbidə - Petrazavod şəhərində əməliyyat olanda, bir də Moskvada görmüşdüm. Mənim kimi sadə vətəndaşlara göstərilən bu tibbi xidmət üçün  üçün ölkəmizin Prezdentinə, Təbib təşkilatına, Sığorta xidmətinə, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin rəhbərliyinə  və mənim sağlamlığmı bərpa edən, əməliyyatı yüksək səviyyədə edən Vüsal həkimə, tibb bacısı Ruqiyyə Əliyevaya və  əməliyyatda iştirak  edən diğər həkim, tibb işçilərinə  dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.


Uzun illər birlikdə çalışdığımız dəyərli media mənsubu – səriştəli redaktor,  sədaqətli dost,  Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin,   Türk Ağsaqqalları Birliyiİdarə Heyətinin üzvü, Prezident təqaüdçüsü, ictimai xadim, tanınmış  şair-publisist Tapdıq Əlibəyli işinin  peşəkarı, şəfalı əllərilə neçə-neçə xəstənin nicat tapdığı belə həkimlərə ünvanlı olan bir şeirində yazır:

 

Kəlməsiylə qatan da var

Acı həbə balın dadın.

Neçə xəstə şəfa tapar

Doğruldanda həkim andın.

 

Bir mayakdır ümidlərə,

İşığında nicat yeri.

Çarə qılır neçə dərdə,

And içdiyi vaxtdan bəri.

 

Üz tutulan ünvan, yoldu...

Naxışlanıb əməliylə.

Neçə ömrə həyan oldu

Nur timsallı əlləriylə.

 

           Məni uzun müddət idi ki, əziyyət çəkdiyim öd daşılarından azad edən hörmətli həkimin bioqrafiyasından bəzi məqamları da qeyd etməyi  məqsədəuyğun hesab edirəm: Sədrayev Vüsal Vahab oğlu 1985 ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2002 ci ildə Rəhilə Orucova adına 109 saylı orta məktəbi bitirmiş, 2002-2008 ci illər ərzində müailəcə işi fakultəsində ali tibbi təhsil almışdır. 2008-2009 cu illərdə Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmiş, 2009-2011-ci illərdə Azərbaycan Respublikası Silahlı qüvvələrinin “N” saylı hərbi hissəsində Tibb xidməti leytenantı olaraq məntəqə rəisi vəzifəsində xidmət etmişdir. 2012-2013-cü illərdə Zərdab rayon mərkəzi xəstəxanasında həkim ümumi cərrah, 2013-2014-cü illərdə Şamaxı Müalicə Diaqnostika mərkəzində həkim ümumi cərrah, 2014-2021 ci illərdə Şamaxı Müalicə Diaqnostika mərkəzində cərrahiyyə şöbə müdiri işləmişdir. 2021 ci ildən Ə. D Məlikov adına Binəqədi Tibb Mərkəzində həkim ümumi cərrah vəzifəsində fəaliyyət göstərir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında cərrah kimi xidmət etmişdir. Müxtəlif beynəlxalq elmi konfransların iştirakçısıvə bir neçə elmi məqalənin həmmüəllifidir.

     Minnətdarlıq hissi, məramı ilə qələmə aldığm bu yazını qədim Yunan həkimi, filosofu, tibbi etik prinsiplərini banisi, tarixdə “tibbin atası” kimi yadda qalan Hippokratın  bir fikri ilə tamamlamaq istərdim. “Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir”.


 

                      AĞASƏF AZAD oğlu  MUSTAFAYEV,


                                             Şamaxı rayonu