Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Ceyhun Bayramov Ermənistan tərəfinin məlumatını təsdiqlədi
"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində işlər davam etdirir. Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Bunu delimitasiya və demarkasiya prosesinin başa çatdırılması haqqında sənədin imzalanması ilə bağlı deyə bilərik. Delimitasiya komissiyalar arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq"."Report" xəbər verir ki, bu sözləri Tiflisdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib
Nazir bildirib ki, sülh müqaviləsinin imzalanması üçün də işlər aparılır:
"Son layihə bir neçə gün bundan öncə Ermənistana tərəfimizdən təqdim edilib. Hələ də Ermənistanın konstitusiyasında əfsuslar olsun ki, Azərbaycana ərazi iddiası bəndi var. Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik", deyə Ceyhun Bayramov bildirib.
Qeyd edək ki, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərdiyini açıqlamışdı.






















































