Menu
Xəbər Lenti
Teleqramdan yenilik
Bugün, 11:20

Teleqramdan yenilik

İnciyirik səndən...
4-10-2024, 08:04

İnciyirik səndən...

Hər gün bir nar yeyin!
3-10-2024, 06:21

Hər gün bir nar yeyin!

08 Tem 12:12Manşet / İdman

Millilərimiz Avropa çempionatında iştirak edəcək

 

Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət millilərinin Avropa çempionatında keçirəcəyi oyunların təqvimi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

16 yaşadək oğlanlardan ibarət yığmamız A qrupunda Albaniya, Malta və Moldova yığmalarına qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu iyulun 9-da Bakı vaxtı ilə saat 21:30-da yerli Albaniya yığmasına qarşı olacaq. Yığmamız qrupda növbəti oyunlarını, iyulun 10-da (saat 16:30) Moldova və ayın 11-də (saat 16:30) Malta millilərinə qarşı keçirəcək.

16 yaşadək qızlardan ibarət millimiz A qrupunda Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, iyulun 9-da Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. Komanda qrupda növbəti oyunlarını Gürcüstan (10 iyul, 12:30) və Kipr millilərinə (11 iyul, saat 12:30) qarşı keçirəcək.

Qeyd edək ki, hər iki yığma “C” divizionunda mübarizə aparacaq.