HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Məhərrəm ayı ilə bağlı restoran sahiblərinə çağırış
“Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, bir sıra restoran və ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, təəssüf ki, onlara vaxtaşırı xidmət göstərilmir, filtrləri vaxtında dəyişdirilmir və nəticədə havaya normadan artıq tullantı atılır: “Bir daha iaşə obyektlərinin sahiblərindən tələbimiz odur ki, təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu yoxlasınlar".























































