Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
22-06-2026, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

16 Tem 09:52Manşet / Dünya

“Crocus”dakı terroru beynəlxalq qrup təşkil edib”

crocusdaki-terroru-beynelxalq-qrup-teskil-edib

“Rusiyada “Crocus City Hall”da terror aktı beynəlxalq qrup tərəfindən təşkil edilib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Maliyyə Monitorinq Xidmətinin (“Rosfinmonitorinq”) rəhbəri Yuriy Çixançin Federasiya Şurasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, həmin dəstədə Mərkəzi Asiya və Avropa ölkələrinin nümayəndələri, eləcə də çox sayda rusiyalı yer alıb. 

Çixançin hazırda terror aktı ilə bağlı istintaqın davam etdiyini xatırladıb. 

Xatırladaq ki, martın 22-si axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib.