Xəbər Lenti
Bugün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
ÜST-ün yeni qorxunc pandemiya xəbərdarlığı nə qədər realdır?

"Düşünürəm ki, bunun hava damcı yolu ilə keçməsi real olmasa, onun pandemiya yaratmaq ehtimalı da real deyil. Hər halda onun yüksək xəstəlik törətmək qabiliyyətini nəzərə alaraq ehtiyatlı olmalıyıq. Eyni zamanda, ehtiyat tədbirlərini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə həyata keçirtməliyik”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun H5N1 epidemiyasının hər an yayılma ehtimalının olması ilə bağlı fikirlərinə münasibətində deyib.
Professor H5N1 virusunun yüksək patagenliyə malik olan ştam olduğunu xatırladıb:
"Bu virus zamanında quşlara keçdiyi üçün quş qripi adlanır. Bu qripin bir müddət Azərbaycanda epedemiyası oldu və onu yerində lokallaşdıra bildik. Lakin virusun yeni növləri daha böyük təhlükə təşkil edir. Xüsusi ilə də Cənibu Şərqi Asiyada”.

Professorun sözlərinə görə, virusun geniş yayılması təhlükə yaradır:
"Hazırda bu, gələcəkdə pandemiyaya meyilli bir virus hesab edilir”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə pandemiyanın qarşısının alınması üzrə saziş layihəsini hazırlayan Hökumətlərarası Danışıqlar qurumunun iclasında çıxışı zamanı, mövcud H5N1 epidemiyasının növbəti pandemiyanın hər an gələ biləcəyini bizə xatırlatdığını bildirib.
Bahar Rüstəmli























































