Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

18 Tem 12:51Manşet / Gündəm

YOL POLİSİ QANUN KEŞİYİNDƏ

 

Hazırki dövürdə Respublikamızda Yol hərəkətilə bağlı insanların həyat və sağlamlığının qorunması bir vəzifə kimi dövlətin qarşısında durur.Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan asılıdır. Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz və rahat hərəkətinin təşkilində müasir texniki nəzarət cihazlarının tetbiqi ilə yanaşi yol patrul xidmətinin əməkdaşlarınında rolu xüsusi əhəmiyyet kəsb edir.
Son vaxtlarda yoların genişlənməsilə bağlı xidmətd
ə olan DYP əməkdaşlarının işinin dahada artmasiına baxmayaraq onlar həmişə öz vəzifələrini layiqincə yerinə yetiriblər.
Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır.


Dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən  Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.


Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək.


İctimai təhlükəsizliyin təmin edilməsi dövlətin və cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biridir. İctimai təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsi olub insan hüquq və azadlıqlarına hörmət, vətəndaş cəmiyyətinin və sosial rifahın inkişafı vasitəsilə mümkündür.


Şəxsiyyətə, cəmiyyət və dövlətə qarşı yönəlmiş istənilən təhlükə sosial sistemin və ya mühitin keyfiyyət və kəmiyyət göstəricilərinin dəyişməsinə səbəb ola bilər. Bu zaman təhlükəsizliyi təmin edən obyektlərin normal fəaliyyəti pozulur və ya qeyri-mümkün olur. Təhlükəsizlik geniş mənada dövlətin, cəmiyyətin, şəxsiyyətin mühafizə edilməsi və müdafiəsini təmin edən iqtisadi, siyasi, təşkilati, hüquqi və digər tədbirlərin məcmusudur.


İctimai təhlükəsizlik insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının, mülkiyyətinin, cəmiyyətin və dövlətin davamlı inkişafını təmin edən maraqların mühafizə olunma vəziyyətidir. İctimai təhlükəsizliyin təmin edilməsi polisin əsas vəzifələrindən biri olaraq insan və vətəndaş hüquq və azadlıqlarına qarşı yönəlmiş ictimai təhlükəli hadisə və ya əməllərin yaratdığı təhlükənin azaldılması, qarşısının alınması və aradan qaldırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi Mayis Məmmədov:  Respublikada qurulmuş müasir avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. Qanunvericiliklə həmin vəzifələrin yerinə yetirilməsi Daxili İşlər Nazirliyinin dövlət yol polisi xidmətinin üzərinə qoyulmuşdur. Bunun üçün nazirliyin aid qurumlarında lazımi şərait yaradılmış, müasir texnoloji avadanlıqlar quraşdırılmış və xidməti nəqliyyat vasitələri ilə tam təmin olunmuşdur. Dövlət Yol Polisi yol hərəkəti və onun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə toxunaraq nazirliyin aid qurumu tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün ciddi təhlillər aparılıb təkliflər verilməsi, bu sahədə aid orqanlarla qarşılıqlı əlaqəli işlənilməsi, hərəkəti nizamlayan texniki və elektron vasitələrin quraşdırılması, dəyişdirilməsi, ləğv edilməsi, təkmilləşdirilməsi üçün təşəbbüskarlığın artırılması, maarifləndirmə işinin gücləndirilməsi istiqamətində işlər həyata keçirilmişdir. Bununla bağlı yol patrul xidməti inspektorunun vəzifə təlimatı yenidən hazırlanmış, əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə əməl edilməsi istiqamətində nəzəri-praktik məşğələlər təşkil olunaraq təcrübəli əməkdaşlar tərəfindən tədris olunmuşdur. Bundan sonra da əməkdaşların nəzəri və peşə biliklərinin artırılması diqqətdə saxlanılmalı, sahəvi qanunvericiliklər dərindən öyrənilməli və xidmət əməkdaşları fəaliyyətlərində rəhbər tutmalı, yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına ciddi nəzarət etməli, eləcə də qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati icraatın aparılması işi düzgün yerinə yetirilməlidir.


Yol-nəqliyyat hadisələrinin təhlili və qarşısının alınması mühüm əhəmiyyətə malikdir. Nəqliyyat vasitələrinin sayının artması ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqətin artırılmasıdır. İlk növbədə, maarifləndirmə, yol hərəkəti qaydalarının öyrədilməsi, izahı həyata keçirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, respublikada nəqliyyat infrastrukturu, demək olar ki, tamamilə yenilənib. Ona görə də yollardan səmərəli istifadə, yolların çirkləndirilməməsi, dağıdılmaması üçün maarifləndirmə əsas şərtlərdəndir. Bunun üçün kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə yanaşı, əmək kollektivlərində, kəndlərdə, məktəblərdə ictimai maarifləndirməyə ehtiyac vardır. Bundan əlavə, yol hərəkəti təhlükəsizliyi üçün real təhlükə olan hallarda, yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər etməli, yol-nəqliyyat hadisələrinin səbəbləri, daha çox baş verdiyi ərazilər araşdırılmalı, nəzərə alınmalı, bu zaman hərəkəti nizamlayan texniki vasitələrin quraşdırılması, ləğv edilməsi, dəyişdirilməsi üçün təkliflər verilməlidir. Yol hərəkəti insan həyatı üçün təhlükə mənbəyi olmasın. Lakin sürücülərin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ilə törədilən qəzalar yol-nəqliyyat hadisələrinin əksər hissəsini təşkil etməkdədir. Ona görə də sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanlar obyektiv olmalı, sürücü hazırlığına peşəkar yanaşılmalı, minimum tələblərə cavab verməyən şəxslər yol hərəkəti iştirakçısına çevrilməməlidir. Bununla yanaşı, yol hərəkəti iştirakçılarının nəqliyyatdan istifadə mədəniyyətinin yüksəldilməsi üçün tədbirlər görülməlidir. Yollarda dayanma, durma qaydalarına riayət olunmasına, yolun hərəkət hissəsinin daim açıq qalması üçün birtərəfli parklanma vərdişlərinin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir.


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi Mayis Məmmədov xüsusi ilə vurğulayır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuz və şəhidlərimizin qanı bahasına 30 il həsrətində olan Qarabağımız işğaldan azad olundu. Cənab Prezident Qarabağda yenidənqurma işlərinin həyata keçirilməsində əmr və sərəncam imzaladı və bununla yanaşı ilk növbədə yol infrastukturun qurulması və yol təhlükəsizliyin təmin olunmasında böyük işlər görüldü. Azərbaycan yolları dünya standartlarına cavab verən texnologiyalar üzərində qurulur və inşa edilir. Bunun üçün ölkə başçısına dərin minnətdarlığımızı bildiririk.


Öz xidməti işindən tam razı qalan polis inspektoru ilə yanaşı həmsöhbətim postun digər əməkdaşları ilə də oldu. Polis əməkdaşları sürücülərə yuxulu vəziyyətdə avtomobili idarə etməməyi, postlarda avtomobillərini saxlayıb istirahət etməyi və hətta əl-üzünü yumağı məsləhət görürdülər. Gecə vaxtında postun əməkdaşları ilə 15-20 dəqiqəlik müsahibəm məndə xoş təsurrat yaratdı və bu peşənin necədə çətin və şərəfli olduğunun şahidi oldum. Bunun üçün də postun komandiri polis mayoru Ruslan İsayev şərəfli peşəsinin necə şərəfli yerinə yetirməsini gördük. Bəli Kürdəmir postunda xidmət aparan əməkdaşlar sürücülərlə ünsiyyət qurmağı onlarla necə rəftar etməylə yanaşı öz vəzifə borclarınıda ləyaqətlə vicdanla yerinə yetirir və gecələr yuxusuz qalmalarına baxmayaraq işlərinin öhdəsindən layiqincə gəlirlər.


Merhemet.tv redaksiyasının kollektivi adindan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi Mayis Məmmədov və  xidmət edən bütün əməkdaşara uğurlar arzulayiram.

 

 

Vüqar Əsədov

Araşdırmaçı-jurnalist