Xəbər Lenti
18-04-2026, 17:20
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
18-04-2026, 09:41
Türkiyədəki hadisələrə görə bu “YouTube” kanalına qadağa - 7,5 milyon izləyicisi var
Unun qiyməti nə qədər ucuzlaşıb? - Şirkətlərdən açıqlama
Azərbaycanda unun ucuzlaşması ilə bağlı məlumatlar yayılıb.
Məlumatda ötən ayla müqayisədə hazırda unun topdansatış qiymətinin endiyi bildirilir. Şirkət rəhbərləri 50 kiloluq un kisələrinin qiymətinin ən azı 1 manat endiyini deyiblər.
Qaynarinfo bununla bağlı bəzi böyük un istehsalı ilə məşğul olan şirkətlər arasında sorğu aparıb.
"Karat Holdinq" MMC-dən verilən məlumata görə, 50 kiloluq un kisəsinin qiyməti hazırda 27 manat 05 qəpikdir.
"Karmen” MMC-dən verilən məlumata görə, 50 kiloluq un kisəsinin hazırkı qiyməti 6 manat 95 qəpik təşkil edir.
"Dəvəçi-Dəyirman" MMC isə 50 kiloluq un kisəsini 27 manata təklif edir.
Bahar Rüstəmli























































