Menu
Xəbər Lenti
Ronaldoya yeni baş məşqçi
18-09-2024, 07:02

Ronaldoya yeni baş məşqçi

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

Bu rayonlarda su kəsiləcək
16-09-2024, 07:25

Bu rayonlarda su kəsiləcək

Travma Və Bədən
15-09-2024, 19:19

Travma Və Bədən

Özünə Güvən
15-09-2024, 18:14

Özünə Güvən

Sevindik və Qızbəs haqda...
15-09-2024, 12:22

Sevindik və Qızbəs haqda...

Tiflis, Gəncə və Bakı...
15-09-2024, 12:14

Tiflis, Gəncə və Bakı...

09 Ağu 13:09Manşet / Gündəm

Polad Bülbüloğlu Azərbaycana qayıtdı, səlahiyyətlərinin icrasını dayandırdı

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Respublikasının  Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.
Modern.az-ın məlumatına görə, o, seçkiqabağı təşviqatda iştirak etmək üçün Azərbaycana gəlib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə açıqlamasında məlumatı təsdiq edib. 
"Səfir qanunvericiliyə əsasən ödənişsiz məzuniyyətdədir. Səfirlikdə müvəqqəti işlər vəkili var",- o deyib.
 Qeyd edək ki,  Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir.