Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 09:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 08:14

Prezident rəsmi qarşılandı

19 Ağu 10:02Manşet / Dünya

Rusiyaya səfəri tənqid olunmuşdu, Ukraynaya da gedəcək

 

Hindistanın Baş naziri Narendra Modi Polşa və Ukraynaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Hindistanın Xarici İşlər Nazirliyi yayıb. 

Qurum səfərin konkret tarixini açıqlamasa da, “The Hindu” qəzeti bunun avqustun 23-də baş tutacağını yazıb. 

Xatırladaq ki, N.Modi iyulda Moskvaya ikigünlük səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən səfərə narazılığını, ABŞ isə narahatlığını bildirmişdi. Zelenskinin tənqidlərindən sonra isə Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişuk bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı. 

Onu da qeyd edək ki, Modinin Moskvaya səfəri Rusiya ordusunun iyulun 8-də Kiyevə raket zərbələri endirməsi ərəfəsində baş tutmuşdu.