Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
"Erməni lobbisi Bakı və Kiyev münasibətlərini pozmaq istəyir" - Politoloq
"SOCAR əleyhinə başlanan qara piarın başında Ukraynadakı erməni dairələrinə bağlı şəxslər dayanır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov son günlər Ukraynada SOCAR-a qarşı aparılan kampaniyanın arxasında kimlərin dayandığına aydınlıq gətirərkən deyib.
"Ukraynada bəlli dairələrin SOCAR-a qarşı apardığı kampaniya mənasız olmaqla yanaşı, Azərbaycan-Ukrayna münasibətlərini zədələməyə köklənib. Bu ölkədə erməni iş adamlarının təsiri altında olan, erməni lobbisinin qulbeçəliyini edən bəzi adamlar var. Həmin adamlar 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycana qarşı əsassız ittihamlar uydururdular. İndi də həmin qüvvələr SOCAR-a qarşı çirkin kampaniyaya start veriblər", deyə Tural İsmayılov bildirib.
Politoloq bildirib ki, Azərbaycan Rusiya ilə yaxşı münasibətlərə malik olduğu kimi, Ukrayna ilə də yaxşı münasibətlərə malikdir:
"Ukrayna rəhbərliyi dəfələrlə Azərbaycana göstərdiyi humanitar yardımlara görə təşəkkür edib".
Politoloq deyib ki, Azərbaycan qlobal siyasi gücdür və iki ölkə arasında müharibəyə görə hansısa ölkə ilə əlaqələrini bloklayası deyil:
"Azərbaycana qarşı Ukraynada kampaniya aparan bəlli dairələr Kiyevin Rusiya ilə müharibə şəraitində ola-ola həmin ölkə qazının ötürülməsilə məşğul olduğunun deyəsən fərqində deyillər. Kiyev müharibə apardığı ölkənin mavi yanacağını öz ərazisindən buraxırsa, "Qazprom"la SOCAR arasında olan müqaviləyə görə ikinciyə qarşı necə olur hansısa bir kampaniya aparır. Ukrayna rəsmi hakimiyyətinin bu kampaniyaya göz yumması Azərbaycanın etdiyi yaxşılıqlara adekvat verilən cavab deyil. Azərbaycan xarici siyasətilə bağlı qərarlarda heç kimdən asılı vəziyyətdə deyil. Ukraynada SOCAR-a qarşı aparılan kampaniyanın da bu mənada nəticəsi olmayacaq".
Qeyd edək ki, Ukraynada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) boykot edilməsi ilə bağlı kampaniya başlayıb. Boykotun səbəbi kimi isə şirkətin "Qazprom"la strateji tərəfdaşlığı genişləndirməsi, bu istiqamətdə razılaşma əldə etməsi göstərilir. Azərbaycan Rusiyanın Ukraynada pardığı müharibəni dəstəkləmir. Həmçinin rəsmi Bakı Kiyevə humanitar yardımlar edib, pulsuz yanacaq verib.
Rüfət Sultan