“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub”
“Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müsabiqənin nəticələrinə əsasən 55 656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olub. 27 117 nəfər (o cümlədən 1579 subbakalavr) dövlət sifarişi əsasında, 28 539 nəfər (o cümlədən 5708 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Bununla da ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub.
“Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. Bu il, həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir”, - DİM sədri bildirib.