Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

28 Ağu 11:59Manşet / Gündəm

Azərbaycanda əhalinin yerləşməsi ilə bağlı statistika - İnsanlar niyə şəhəri seçir?


"Azərbaycanın 15 iqtisadi rayonu var. Bunların arasında ən çox yüklü olan iki iqtisadi rayondur. Əhalinin əksəriyyəti Bakı və onun ətrafı, Sumqayıt və Abşeronda məskunlaşıb".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli şəhər əhalisinin çoxalması ilə bağlı statistikadan danışarkən deyib. 
Ekspertin sözlərinə görə, bu problemi aradan qaldırmaq istiqamətində müəyyən addımlar atılmalıdır:
"Soruşmaq laızmdır ki, dövlət büdcəsinin 95%-i yalnız iki iqtisadi rayonda formalaşır? Bu gün Azərbaycan iqtisadiyyatı raxit uşağa oxşayır. Başı yekə, bədəni isə balaca. Bunun təbii səbəbləri var. Bakı və onun ətrafında qaz və neft çıxır. Nəticədə ölkə iqtisadiyyatının bu bölgədə şişməsinə gətirib çıxardır. Məsələ burasındadır ki, qeyri-neft sektorunu da biz Bakı, Abşeron, Sumqayıtda şəbəkələşdirməkdə davam edirik". 
 
Ekspertin fikirincə, Azərbaycanda fəaliyyət göstərmək istəyən özəl sektorlar bütün ölkə üzrə yayılmalıdır:
"Onlar stimullaşdırılmalıdır ki, böyük müəssisələr Bakıda deyil, rayonlarda qurulsun. Bölgələrdə əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Həmin əhalini istiqamətləndirmək lazımdır. Texniki bitkilərin becərilməsinə üstünlük verilməlidir ki, kənd yerlərində emal zavodunu tikmək mümkün olsun. Dünyada belə yazılmamış qayda var, hər 18- 20 min kənd təsərrüfatı ilə məşğul olan əhaliyə  böyük emal zavodu düşür. Burada həm əhalinin məşğuliyyətini istiqamətləndirmək, həm də zavodların rayonlarda yerləşməsini təmin etmək lazımdır. 100 min əhalisi olan rayona 3-4 iri emal zavodu düşməlidir ki, orada camaat özünə məşğuliyyət tapa bilsin". 
Akif Nəsirli hesab edir ki, bu problemin həlli iqtisadi disbalansın aradan qaldırılması və ya faiz dərəcəsinin aşağı salınmasından keçir:
"Bundan sonra dövlət büdcəsinin 50%-i Bakı və onun ətrafında formalaşacaq. Qalan 50%-in bölgədə formalaşmasına çalışmaq lazımdır. Bu zaman ölkənin əsas problemi, məsələn, işsizlik aradan qalxır, Bakının yükü azalır, ölkədən valyuta axının qarşısı alınır. Kənd təsərrüfatı ilə məşğul olan əhali texniki bitkilər əkəcəksə deməli ərzaq məhsullarını xaricdən almayacayıq, yerli istehsalı istifadə edəcəyik. Ona görə də ölkədən valyuta axını azalacaq".
"Baku Research Institut"nun son 100 ildə Azərbaycanda demoqrafiyanın necə dəyişməsi ilə bağlı hazırladığı araşdırma hesabatda deyilir ki, kəndlərdə yaşayan əhalinin sayı azalıb. Statistikaya görə, 2023-cü ildə Azərbaycan əhalisinin 54.5 faizi, yəni yarıdan çoxu şəhərlərdə məskunlaşıb. 
Bahar Rüstəmli