Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

08 Eyl 09:25Manşet / İdman

Parisdən 11 medalla qayıdırlar

Azərbaycan təmsilçiləri Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurublar.
“Qafqazinfo” xəbər verir ki, paralimpiyaçılarımız nüfuzlu yarışda 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.
Belə ki, İmaməddin Xəlilov (parataekvondo), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası (hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və “butterfly” üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sabah başa çatacaq.