Xəbər Lenti
19-10-2025, 09:05
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
16 Eyl 07:13Manşet / Şou-biznes
“Türkiyə gözəli” tənqidlərə bu cavabı verdi
Məlum olduğu kimi, “Miss Turkey 2024”ün qalibi İdil Bilgen yarışmadan sonra tənqidlərə məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı model “NOW TV”də Çağla Şikəlin qonağı olub.
Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenin qızı olduğu ortaya çıxan Bilgen verilişdə tapşırılması ilə bağlı iddialara aydınlıq gətirib.
Tibb fakültəsi məzunu, 24 yaşlı İdil Bilgen şərhlərdə onu alçaldanlara bu cavabı verib:
“Mən türk qadınıyam. Bu titulu Türkiyə Cümhuriyyətimizi təmsil etmək üçün almışam. Bununla çox qürur duyuram. Ölkəmizdə qadın və uşaq qətllərinin acısını yaşadığımız bu günlərdə yazılan neqativ şərhləri insanların boşluğuna sayıram. Qətiyyən əhəmiyyət vermirəm. Yazanların çoxu bilgisi olmayıb, fikir bildirənlərdir”.