HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Azərbaycanda ilk dərs günüdür
Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda məktəblərdə dərslər “Bilik Günü” hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.
Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132, məktəbəhazırlıq qruplarına isə 89 mindən çox uşaq qəbul olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir.
Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır.
Cari ildə Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbinin, Qubada Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin, Ucarda Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbinin, Masallı rayonunda Qəzvinoba kənd ümumi orta məktəbinin yeni binalarının açılışları olub.
Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrə əsasən, yeni tədris ilində II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.





















































