“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Azərbaycan və İraq Türkmən Gənclərinin Forumu” öz işini yekunlaşdırıb
9 sentyabr tarixində açılış mərasimi baş tutmuş “Azərbaycan və İraq Türkmən Gənclərinin Forumu” öz işini yekunlaşdırıb. Forumun son günündə İraq türkmən nümayəndə heyəti Bakı Gənclər Mərkəzini ziyarət edib. Mərkəzin direktoru Nərgiz Babayeva mərkəzin fəaliyyəti və gənclər üçün yaradılan imkanlarla bağlı nümayəndə heyətini məlumatlandırıb.
Daha sonra Nərgiz Babayeva nümayəndə heyətinin suallarını cavablandırıb və görüş ikitərəfli müzakirələrlə davam edib. Sonda “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin icraçı direktoru Ramilə El-oğlu nümayəndə heyətinə layihədə iştirakına görə təşəkkürünü bildirib, hədiyyələr və sertifikatlar iştirakçılara təqdim olunub.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan və İraq arasında genişlənən ikitərəfli əlaqələr çərçivəsində gənclərlə iş sahəsində təcrübə mübadiləsi və şəbəkələşmənin davamlı təşviq etmək, iki ölkə arasında türk xalqlarının qarşılıqlı əlaqələrinin gücləndirmək və gənclərin inkişafına töhfə verməkdən ibarətdir.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.