Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

19 Eyl 09:19Manşet / Cəmiyyət

NADİR MƏMMƏDLİ - 65

 

Şəxsiyyəti saflıq, dürüstlük mücəssəməsi, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş ünlü aydın, tanınmış naşir, filologiya elmləri doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlini dünyaya gəldiyi gün (19 sentyabr), ömür təqviminin 65 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı dostuma on beş il  öncə yazdığım  ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.

 

Sorağa çıxanda əzəli, ilki,

Hamımız bir evin sakini sanki.

Qayəndə  dünyanın ovqatı, dərki,

 Məramın ki  bəlli,  Nadir Məmmədli!

 

Bir üzü tunc dünya, bir üzü ipək,

Gah sevinc bəxş edir, gah da ki göynək.

Yaxşılığa  yaxın  deyən  bir köynək..

Əməlin ki  bəlli, Nadir Məmmmədli!

 

Duruldun bir bulaq duruluğundan,

Qovruldun bir budaq qırılmağından,

Yoğruldun bir ocaq qığılçımından,                 

 Xilqətin ki   bəllli, Nadir Məmmədli!

 

Ömrün şəfəqidir şirin arzular,

Bəzən şaxta vurar, bəzən yaz olar.

Ömür bir kitabdır  hər an yazılar,

Diləyin ki  bəlli,  Nadir Məmmədli!

 

Söz də ilmə-ilmə gəlir dilimə,

Çıraqdır deyiblər alim aləmə.

Sən tale yolunu bağladın elmə,

Altmış beşin bəlli, Nadir Məmmədli!

Tapdıq ƏLİBƏYLİ