Xəbər Lenti
Bugün, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Bugün, 08:38
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
Onun üçün mövsüm erkən bitdi
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri İngiltərə çempionatının 5-ci turunda “Arsenal”la matçda (2:2) zədələnib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, o, sağ dizindəki ön çarpaz bağın qopması səbəbindən bu mövsümün qalan hissəsini buraxacaq. Aparılan tibbi müayinələr zamanı onun zədəsi təsdiqlənib.
Qeyd edək ki, Rodri “Arsenal”la matçın 21-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.
Bu mövsüm Rodri bütün turnirlərdə üç matçda iştirak edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.