Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Bayden prezident kimi sonuncu dəfə...

ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib. Bu, onun BMT kürsüsündən vida nitqi və yəqin ki, beynəlxalq səhnədəki son çıxışlarından biri olub.
“Qafqazinfo” xəbər verir ki, TASS-ın müxbiri Baydenin çıxışından bir neçə məqamı diqqətə çəkib.
Məzmun baxımından ABŞ-nin 46-cı prezidenti gözlənildiyi kimi, yalnız dörd illik səlahiyyət müddətində əldə etdiyi nailiyyətlərə diqqət yetirib. Lakin bu müddətin “faciəsiz ötüşmədiyini” də etiraf edib.
Çıxış beş dəqiqəlik gecikmə ilə başlayıb və təxminən 25 dəqiqə davam edib. Hərçənd bu cür çıxışlar üçün rəsmi müddət 15 dəqiqədir.
Məlumata görə, Amerika lideri ölkənin hazırkı vitse-prezidenti, seçki kampaniyasında varisi Kamala Harrisin, nə də onun rəqibi, keçmiş prezident Donald Trampın adını çəkməyib.
Bayden çıxışında bir dəfə Putini, doqquz dəfə Ukraynanı xatırladıb və ABŞ-nin Kiyevə qələbəyədək dəstək verəcəyini bəyan edib.
Bayden bildirib ki, o, Qəzza və Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünü görür.
Ağ Evin rəhbəri digər mövzular arasında iqlimi, təhlükəli xəstəliklərlə mübarizəni və süni intellektin inkişafını qeyd edib.
Qeyd edək ki, bu Baydenin prezident kimi sonuncu dəfə BMT Baş Assambleyasında çıxışıdır.






















































