Menu
Xəbər Lenti
Stresi dəf etməyin yolları
26-09-2024, 08:55

Stresi dəf etməyin yolları

Bu rayonlara yağış yağıb
25-09-2024, 07:29

Bu rayonlara yağış yağıb

Bəzi ərazilər susuz qalacaq
25-09-2024, 07:19

Bəzi ərazilər susuz qalacaq

Günə xoşbəxt başlayın!
25-09-2024, 07:14

Günə xoşbəxt başlayın!

“ABBA”nın üzvü öldü
24-09-2024, 07:07

“ABBA”nın üzvü öldü

Rəsmi Bakıdan Kanadaya cavab
23-09-2024, 07:22

Rəsmi Bakıdan Kanadaya cavab

27 Eyl 06:14Manşet / İdman

“Tıxacda qalmağımızın oyuna təsiri oldu” - Qurban Qurbanov

 

“Futbolçulara çox iradım yoxdur, amma daha yaxşı oynaya bilərdilər”.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Londonda “Tottenham”ə qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

“Şanslarımız çox oldu, lakin təcrübə və ustalıq nəticəni müəyyən etdi”, - deyə Qurban Qurbanov rəqibi təbrik edərək bildirib.

“Futbolçularda həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatının burada keçirildiyini hamı bilirdi. “Tottenham” həmişə liderlər sırasında olub və yüksək yerlər üçün oynayır. Futbolçular da bunu anlayırdılar, bu isə onların həyəcanına səbəb oldu. Məncə, bu həyəcan bizə mane oldu. Elə oyunçularımız var ki, bu səviyyəyə yenicə çatıb, tam formalaşmayıblar. Rəqibin ustalığı bizə qalib gəldi. Bəsit qollar buraxdıq və özümüz onlara qol vurmaq üçün şərait yaratdıq. Daha yaxşı nəticə əldə edə bilərdik”, - deyə Qurban Qurbanov vurğulayıb.

Q. Qurbanov “Tottenhem”lə oyunun tıxaca görə gec başlamasından danışıb:

“Təsəvvür edin, 2 saat 30 dəqiqə yolda tıxacda olmuşuq. Avtobusda oturaraq uzun müddət yol getmək futbolçuların konsentrasiyasını pozur. Bunu məğlubiyyətimizin səbəbi kimi göstərmək istəmirəm, lakin belə turnirdə bu kimi hallar baş verməməlidir”.

Komandanın baş məşqçisi uzun müddət yolda qalmalarının oyuna təsir etdiyini vurğulayıb: “Britaniyanın öz qanunları var. Bizə polis verilmədi və özümüz gəldik. Belə bir trafikdə gecikmək qaçılmaz idi və bunun təsiri böyük oldu”.

Qurban Qurbanov məğlubiyyəti sırf bu vəziyyətlə əlaqələndirmədiyini əlavə edib: “Demək istəmirəm ki, rəqib buna görə qalib gəldi. Rəqiblərimiz güclü idi. Ancaq çatanda bizə dedilər ki, 40 dəqiqə sonra oynamalıyıq. Normal hazırlaşa bilmədik və bunun təsiri böyük oldu”.