Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
İsrail ordusu açıqladı: Həsən Nəsrullah öldürülüb

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın şiə "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahı öldürdüyünü rəsmən açıqlayıb.
Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, o, hərəkata 32 il rəhbərlik edib və dünən Beyrutdakı qərargahına raket hücumu nəticəsində öldürüldüyü deyilir.
"İDF dünən (27 sentyabr) "Hizbullah" terror təşkilatının lideri və onun qurucularından biri Həsən Nəsrullahı, həmçinin "Hizbullah"ın cənub cəbhəsinin komandiri Əli Kərki və digər komandirləri öldürüb", deyə İDF-nin bəyanatında qeyd edilir.
Reklamınızı SmartBee ilə effektiv edin.
Sentyabrın 27-də İsrail Beyrutun Dahiya rayonunun mərkəzindəki "Hizbullah"ın mərkəzi qərargahına hücum edib. İlkin olaraq media "Hizbullah"ın baş katibinin xəsarət almadığını bildirib. Eyni zamanda İsrail Livana irimiqyaslı zərbələr nəticəsində "Hizbullah"ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayılı və onun müavini Hüseyn Əhməd İsmayılı öldürməyə nail olduğunu bildirib. Onlarla yanaşı, İDF-nin məlumatına görə, Livanın cənubunda raket bölməsinin digər komandirləri də məhv edilib.
Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edir. O, İsrail sələfini öldürdükdən sonra hərəkatın rəhbərliyinə keçib. "Hizbullah"ın özü hələ ki, liderinin ölümünü təsdiqləməyib.
Aydın























































