QHT sədri Yasəmən Qəyyumlunun təşəbbüsü ilə “Məktəbli məktəbə getsin” layihəsinin icrası davam edir.
Metropoliten sosial güzəştləri genişləndirir: Gediş haqqı məsafəyə görə ödəniləcək?
Ağstafada dövlət qurumlarının iştirakı ilə əlilliyi olan qadınlara dəstək məqsədilə dəyirmi masa keçirilib
Muslera həm məhəllə, həm də klub aldı
“Qalatasaray”ın qapıçısı Fernando Muslera klub alıb.
“Qafqazinfo” “Cumhuriyyet”ə istinadən xəbər verir ki, uruqvaylı ulduz ölkəsinin III Liqasında çıxış edən “Sportivo Bella İtalia” komandasının sahibi olub.
Təcrübəli qolkiper fasilədə ölkəsinə gedərək prosedurları tamamlayıb.
Klub Liqanın A qrupunda 15 xalla 3-cü pillədə qərarlaşıb.
Digər tərəfdən, mövsümün sonunda müqaviləsi başa çatacaq Musleranın “Qalatasaray”da qalıb-qalmayacağı bəlli deyil. 38 yaşlı futbolçunun “sarı-qırmızılılar”la müqaviləsini yeniləmədiyi halda ölkəsinə gedərək, sahibi olduğu komandanın idarəetməsinə yönələcəyi bildirilir.
Bundan başqa, Muslera Uruqvayda məhəllə satın alıb.
Bu barədə “La Diaria” məlumat yayıb.
Maldanado bölgəsindəki Punta Ballena yarımadasında aldığı məhəllə Musleraya 266 min dollara başa gəlib. Təcrübəli qapıçının məhəllə ilə bağlı planlarının olduğu bildirilir. Lakin məhəllə sakinləri mümkün dəyişikliklərə etiraz əlaməti olaraq indidən 12 minə yaxın imza toplayıblar.
Fotoda Punta Ballena