GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Bakı şəhəri Sabunçu RPİ-nin rəisi polis polkovniki Cavid Vidadi oğlu Muradov: ZƏFƏR – AZƏRBAYCANIN TARİXƏ HƏKK ETDİYİ ƏBƏDİ QƏHRƏMANLIQ DASTANI!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
“AzərEnerji” əməkdaşları peşə bayramında ağacəkmə aksiyası keçirdi - Fotolar
20 oktyabr “Energetiklər Günü” ilə bağlı “Azərenerji” ASC-nin əməkdaşları “Yaşıl Dünya naminə həmrəy olaq” devizi ilə Mingəçevir, Gəncə və İmişlidəki enerji obyektlərinin ərazisində ağacəkmə aksiyaları keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması, o cümlədən ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.
Energetiklərin peşə bayramı ilə əlaqədar ən böyük ağacəkmə aksiyası Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiysının ərazisində tikilən 1880 MVt-lıq Elektrik Stansiyasının həyətində keçirilib. Bu isə səbəbsiz deyil. Çünki məhz energetiklər günü 1981-ci ilin 20 oktyabrında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan” İES-in birinci blokunun istismara verilməsi tarixi ilə əbədiləşib və Cənab Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamı ilə hər il 20 oktyabr tarixi energetiklərin peşə bayramı kimi qeyd olunur.
Sonda onu da vurğulayaq ki, hazırda Mingəçevirdə ölkənin ən böyük elektrik stansiyası tikilir və yeni tikilən stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə hər kilovat saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kub metr təbii qaza qənaət ediləcək, eyni zamanda ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaq. Onu da nəzərə çatdıraq ki, BMT-nin İqlim Dəyişikliyi ilə bağlı əsas müddəaları arasında “yaşıl enerji” və enerjinin effektivliyi öndə gəlir.
Bu səbəbdən də enerji effektivliyi xüsusi önəm daşıyan bu stansiyada geniş yaşıllıq salınması ətraf mühitin qorunmasına əlavə töhvədir.




























































