Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

27 Ekm 09:26Manşet / Gündəm

Tikinti materialları bahalaşdı - Evlərin qiyməti artacaq

Son günlər tikinti materialları bazarında qiymət artımı ilə bağlı ajiotaj var. Qeyd edilir ki, havaların soyuması tikinti bazarına da təsir edib. Satıcılar qeyd edir ki, son günlər alıcı qıtlığı yaşanır. Taxtanın qiyməti 380-420 manat təşkil etdiyi qeyd edilir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda 2024-cü ilin aprelində tikintidə istifadə edilən bir sıra mühüm materialların qiymətləri illik müqayisədə bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin iyun ayında açıqladığı məlumatda bildirilir. Həmin materiallardan parket, sulu boya, pəncərə şüşəsi, divar kağızları və onlar üçün yapışqan, sement kimi materiallar isə illik mübahisədə bahalaşıb.
Bahalaşma isə ən çox parket (8,3%), sulu boya (8%), pəncərə şüşəsi (5,5%) və divar kağızlarında (5,3%) müşahidə olunub. İllik müqayisədə qiyməti aşağı düşmüş kəsilmiş taxta, ağac lifli lövhə, ağac yonqar lövhə, keramik plitə yapışdırıcısı aylıq müqayisədə bahalaşıb. Sementin qiymətində aylıq 1,4%, illik isə 3,6% bahalaşma müşahidə edilir. Kəsilmiş taxtaların qiyməti son bir ildə 4,7% ucuzlaşsa da, son bir ayda 0,9% bahalaşıb. Laminat parketinin qiymətində illik 0,2% ucuzlaşma, aylıq 0,3% bahalaşma baş verib. Parketin, kanalizasiya borusunun, polietilen su borusunun və parket üçün lakın qiymətində son bir ayda heç bir dəyişiklik olmayıb.
2023-cü ildə  Azərbaycanda 1 milyon 180,3 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.  bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 3,725 milyon ton sement (artım 4,6%), 31,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 37,5%), 159,3 min ton asfalt (azalma 27,2%), 616,7 min kubmetr tikinti kərpici (azalma 19,1%) və 8,807 milyon kvadratmetr tikinti şüşəsi (artım 12,9%) istehsal edilib.
Bundan başqa, 3,869 milyon ton sement klinkeri (artım 36,9%), 85 min ton tikinti gipsi (artım 98,1%), 4,054 milyon ton hazır beton qarışığı (azalma 7,6%) və 44 min ton tikinti əhəngi (azalma 5%) istehsal edilib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur. 
Ekspertlər qeyd edir ki, tikinti bazarında bahalaşma Rusiya və Ukrayna arasında müharibə başlayandan vüsət alıb. Bahalaşma Azərbaycana inşaat materiallarının gətirilməsində yaranmış problemlərdən qaynaqlanıb. Bunda sonra dövrü olaraq bu bahalaşma davam edib. Aparılan təhlillərə əsasən, yerli istehsal artıb və bunun nəticəsində inşaat materiallarının qiymətlərində müəyyən stabillik yaranıb. Məsələn, sement,  armatur, metal listlər, mişar daşı və bu növ digər inşaat materiallarının qiymətlərində uzunmüddətli stabillik müşahidə edilir.  Amma kənardan alınan materialların qiymətində artım təbiidir.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı Musavat.com-a deyib ki, tikinti materiallarının tikintinin maya dəyərində ümumi payı təqribən 40-45 civarında dəyişir: "Təbii ki, tikinti materiallarının qiymətinin əhəmiyyətli dərəcədə azalması və artması tikinti bazarında maya dəyərində artım və azalma ilə nəticələnir. Nəticədə də tikinti şirkətləri öz satış qiymətlərinə müvafiq dəyişikliyi edirlər. Bu da təbiidir, bazarın tələbindən irəli gələn addımlardır. O ki qaldı bəzi tikinti materiallarının bahalaşmasına, bəzisinin isə ucuzlaşmasına, idxal edilən tikinti materiallarının satış qiymətini tikinti materiallarını satanlar istədikləri kimi tənzimləyə bilmirlər. Çünki bu idxal edilən xərclərlə birbaşa bağlıdır. Ona görə qiymətləri adətən idxaldan asılı olur. Amma daxildə istehsal edilən tikinti materiallarının qiyməti isə həmin tikinti materialları istehsal edən şirkətlərin bazar marjasından asılı olaraq korrektə edə bilirlər. Maksimum 15 faiz azalda yaxud da artıra bilirlər. Ona görə bazarda tələb olmayanda daxildə istehsal edilən tikinti materiallarında müəyyən qədər ucuzlaşma müşahidə edilir. Amma idxal edilən tikinti materiallarında isə yox. Qaldı ki, bahalaşmanın səbəbinə, indi payız mövsümüdür, taxtanı Rusiyadan idxal etdiyimiz üçün orada yağış və qarın intensiv yağan vaxtıdır. İstehsalçılar meşə zolağına giri bilmirlər. Demək olar ki, taxta materialının istehsal həcmi də aşağı düşür və bazarda müəyyən defisit yaranır, son nəticədə qiymətlərin artımına gətirib çıxarır. Taxta materiallarının qiymət artımı hər il payızda bu səbəbdən müşahidə edilir”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materiallarının cüzi ucuzlaşması və bahalaşması mənzilin hər kvadratmetrində 30-50 manat civarında fərq edir: "Tikinti materialları cüzi ucuzlaşandan bəri qiymətlər hər kvadratmetrə 200-500 manata qədər bahalaşıb. Qiymətlərin artımına əsas səbəb odur ki, Bakı, Sumqayıt, Xırdalan kimi ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi qalmayıb. Satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Bu səbəbdən də tikinti şirkətləri daha çox pilot layihələrə müraciət edirlər. Bəzi tikinti şirkətləri qəzalı binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Belə binaların söküntüsündə sənədləşmələr də rahatdır. Çünki bunun özü dövlət layihəsidir. Tikinti materiallarının ucuzlaşması həyət evlərinin də qiymətlərinə təsir etməyib. Həyət evləri də kəskin bahalaşıb. Əsas səbəb isə ev tikintisi üçün yararlı torpaqların azalmasıdır. Bir sözlə, mənzillərin bahalaşmasının əsas səbəbi tikintiyə yararlı torpaqların qiymətinin baha olmasıdır”.