Menu
Xəbər Lenti
16 oyunda 68 qol vuruldu
Bugün, 09:35

16 oyunda 68 qol vuruldu

BAŞSAĞLIĞI
Dün, 07:45

BAŞSAĞLIĞI

Belçika da “yox” dedi
17-03-2026, 06:37

Belçika da “yox” dedi

28 Ekm 06:33Manşet / Cəmiyyət

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

 

Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya Baş Prokurorkuğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.