Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
Peycer partlayışlarından sonra İranda - Qadağa

İran hakimiyyəti Livanda çoxsaylı rabitə cihazlarında baş verən partlayışlardan sonra “Motorola” korporasiyasının mobil telefonlarının idxalını və istifadəsini qadağan edib.
“Qafqazinfo” xəbər verir ki bu barədə “Digiato” portalı məlumat yayıb.
Qeyd olunub ki, ticarət, sənaye və mineral sərvətlər nazirinin müavini Məhəmməd Mehdi Baradaran vəzifəsindən getməzdən bir müddət əvvəl bəyan edib ki, İranda hətta “Motorola” markalı telefonların satışı da dayandırılacaq.
Portalın qeyd etdiyi kimi, bir çox onlayn mağazalar artıq cihazları kataloqlarından çıxarıb və ya statuslarını “əldə yoxdur” vəziyyətinə dəyişib. İdxal qadağası səbəbindən bu markanın telefonlarının ölkə daxilində qeydiyyata alınması mümkün deyil.
Xatırladaq ki, bir müddət əvvəl Livanın paytaxtı Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları partladılıb. Son rəqəmlərə görə, hadisə zamanı 37 nəfər həlak olub, 2750 nəfər isə yaralanıb.























































