Xəbər Lenti
Bugün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Azərbaycan Bayrağı "Ginnesin Rekordlar Kitabı"na düşdü

Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Bu barədə "Report"a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
Onun sözlərinə görə, Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı:
"Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır. Bayrağımızın "Ginnesin Rekordlar Kitabı"na düşməsi iki gün öncə rəsmiləşdirilib. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlət başçısı burada Azərbaycanın üçrəngli bayrağını ucaldıb.























































