Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
"Qarabağ" dünya reytinqində daha 12 pillə gerilədi

"Qarabağ" dünya klublarının reytinq siyasında daha 12 pillə geriləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.
Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25 xalla 72-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi oktyabrda 8 pillə geriləmişdi.
18 mövqe itirən "Zirə" (94,25 xal) 219-cudur. 12 sıra aşağı düşən "Sabah" (59,50 xal) isə 423-cü ola bilib.
Qeyd edək ki, siyahıya 414 xalla İspaniyanın "Real" klubu başçılıq edir.























































