Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Fatih Terim də Bakıya gəlir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində futbol dünyasından daha bir tanınmış sima ölkəmizə gələcək.
“Qafqazinfo”nun məlumatına görə, söhbət Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimdən gedir.
Məsələ burasındadır ki, COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılacaq. Bu təşəbbüslə son Azərbaycan çempionu “Qarabağ” çıxış edib. Təcrübəli mütəxəssis tədbirdə iştirak etmək üçün Bakıya təşrif buyuracaq.
Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.























































