Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

20 Kas 10:00Manşet / Gündəm

"Xruşovka"lar nə zaman söküləcək? (AÇIQLAMA)

"3-4-5 mərtəbəli binaların sökülməsi prosesi böyük maliyyələşmə tələb edir. Böyük vəsait tələb edilir. Ona görə ki, bu binalar 60-70-ci illərdə inşa olunub. Əslində, bu yaşayış binalarının istismar müddəti bitib".
 
Bunu Qaynarinfo-ya əmlak eksperti Elnur Azadov Bakıda 3, 4 və 5 mərtəbəli binalar sökülmə prosesini şərh edərkən deyib. 
Onun sözlərinə görə, bunların arasında qəzalı vəziyyətdə olan binaların sayı daha çoxdur: 
"Coğrafi baxımdan bu binaların harada sökülməsi də maraqlı olardı. Yəni, bunlar hansı əraziləri əhatə edəcək. Düşünmürəm ki, dövlət büdcəsindən bu boyda vəsait ayrıla bilər. Əgər nəzərdə tutulursa ki, bəzi ərazilərə tikinti şirkətləri cəlb olsun, fikrimcə, ölkədə bu boyda resurs yoxdur. Bakı şəhərinin yenilənməsində iştirak edə biləcək çox az sayda tikinti şirkətləri var ki, onların da resursları çox azdır. Orta hesabla ölkədə 100-120-yə yaxın tikinti şirkət var. Onların da az qismi bu prosesə cəlb oluna bilər. Ona görə bu prosesdə ən vacib məsələ maliyyənin hansı mənbədən verilməsidir. Tək mənzillər deyil, qeyri-yaşayış sahələri də var. Onların da dəyəri milyonlarla ölçülür".
 
Elnur Azadov ölkədə 11 min 5 mərtəbəli "xurşovka” deyilən binaların olduğunu xatırladıb:
 
"Səhv etmirəmsə, onların da 1000-dən çoxu qəzalı kimi siyahıya alınıb. Hətta yarımqəzalı vəziyyətdə olan binaların köçürülməsi, sökülməsi hansı resurslarla həyata keçiriləcək sual altındadır. Çünkü bu proses böyük vəsait tələb edir. Məsələn, "Sovetski” adı ilə tanınan ərazini sökülməsi, köçürülməsi üçün 10 ildən çox vaxt sərf olunub və kifayyət qədər də vəsait xərclənib. Lakin nəzərə alsaq ki, ərazi bir o qədər də böyük deyildi və orada 1-2 mərtəbəli evlər özbaşına tikilə evlər idi. İndi də söhbət burada minlərlə mənzilin köçürülməsindən gedir".
 
Ekspert buna misal olaraq qeyd edib ki, birinci mikrarayonda evlərin qəzalı vəziyyətdə olması aidiyyatı qurumlar tərəfindən təsdiqlənib:
"Bununla bağlı Nazirlər Kabinetinin 83 saylı qərarı var. 7 il keçməsinə baxmayaraq, həmin ərazidə 1800-ə yaxın mənzil var, 6 mindən çox əhali yaşayır. Bu proses hələ də həyata keçirilməyib. Həqiqətən də həmin ərazidə olan evlər FHN-dən və Nazirlər Kabinetinin qərarı ilə qismən qəzalı vəziyyətdə olduğu təsdiq olunub. Bu daha prioritet məsələdir, nəinki şəhərin müəyyən bir ərazisində yerləşən 3-4-5 mərtəbəli binaların sökülməsi ilə bağlı işin icra olunması".
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərətəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır. 
Bahar Rüstəmli