Xəbər Lenti
Dün, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
21 Kas 14:03Manşet / İqtisadiyyat
Yaxın zamanlarda Talış və Suqovuşan kəndlərində tikinti işlərinə başlanılacaq

Yaxın zamanlarda Tərtər rayonunun Talış və Suqovuşan kəndlərində tikinti işlərinə başlanılması planlaşdırılır.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin müşaviri Şamxal Muxtarov Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: “ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda doqquz avtomobil və iki dəmir yolunun tikintisi davam edir.
"Həmçinin, iki su elektrik stansiyasının, yeddi yarımstansiyanın, iki su anbarının tikintisi, eləcə də 280 kilometrlik fiberoptik xəttin çəkilməsi davam edir. Eyni zamanda, Ağdam şəhərinin və bir sıra kəndlərin baş planları artıq hazırlanıb. Bu plan çərçivəsində 3 736 yaşayış evinin, dörd məktəbin, iki mərkəzi tibb müəssisəsinin, dörd muzeyin və parkın tikilməsi gözlənilir. Əlbəttə, bu rəqəmlər yekun deyil. Onu da qeyd edim ki, 2025-ci ilədək Kəngərli, Xıdırlı və Sarcalı kəndlərinin tikintisi nəzərdə tutulur", - deyə Ş.Muxtarov bildirib.






















































