Xəbər Lenti
Dün, 09:45
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
13 Ara 07:38Manşet / İqtisadiyyat
Neftimiz ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,39 ABŞ dolları və ya 0,51% azalaraq 76,15 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 76,54 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.






















































