Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
“Prezidentliyə namizəd olmağa hazıram” - Culani

Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) ləqəbi ilə tanınır ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.
“Qafqazinfo” bu barədə “Al Arabiyya”ya istinadən xəbər verir.
“Vətəndaşlar və ya ətrafımdakı insanlar xahiş edərsə, Suriya prezidentliyinə namizədliyimi irəli sürəcəm”, - “Heyət Təhrir əl-Şam”ın rəhbəri deyib.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də Dəməşqə daxil olublar, Suriya hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib.
Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa isə keçid hakimiyyətinin formalaşdığını elan edib.























































