Xəbər Lenti
Bugün, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Rusiyada qatar qəzasında xəsarət alanların sayı artdı

Rusiyanın Murmansk vilayətində yük və sərnişin qatarlarının toqquşması nəticəsində yaralananların sayı 31 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Dəmir Yolları öz teleqram kanalında açıqlayıb.
Bildirilib ki, xəsarət alanlardan beşi uşaqdır.
Yaralılardan dördünün vəziyyəti ağırdır.
Xatırladaq ki, hadisə dekabrın 18-də axşam saatlarında baş verib. Yük qatarının Murmansk – Sankt-Peterburq sərnişin qatarı ilə toqquşması nəticəsində 2 nəfər həlak olub. Daha əvvəl yayılan məlumatda 25 nəfərin xəsarət aldığı qeyd olunmuşdu.






















































