Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
“Beşiktaş”dan UEFA-ya müraciət

Türkiyə təmsilçisi “Beşiktaş”ın azarkeşləri UEFA Avropa Liqası çərçivəsində baş tutacaq “Tvente” (Niderland) ilə səfər matçına buraxılmayacaq.
“Qafqazinfo” “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir ki, görüşün keçiriləcəyi Enshede şəhərinin meri Roelof Blekerin İstanbul klubunun vitse-prezidentləri Mete Vardar və Onur Göçmezə rəsmi məktub göndərib.
Məktubda qeyd edilib ki, “Beşiktaş”ın keçmişdə Avropada oynadığı matçlarda azarkeşlərin davranışı səbəbilə “Tvente” - “Beşiktaş” qarşılaşmasında qonaqların fanatlarına yer ayrılmayıb.
“Qartallar” da məsələ ilə bağlı UEFA-ya müraciət edib.
Klub “Tvente” ilə matçın başqa bir şəhərdə və ya Niderlanddan kənarda - başqa bir ölkədə keçirilməsini istəyir.
Qeyd edək ki, “Tvente” – “Beşiktaş” matçı yanvarın 30-u saat 00:00-da baş tutacaq.























































