Xəbər Lenti
Dün, 19:04
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Dün, 15:51
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Dün, 09:39
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
6-05-2026, 14:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 08:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
"İsrail Qəzzanı tərk etmək istəmir" - Politoloq

"İsrail Qəzza zolağını nəzarətdə saxlamağı düşünür".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə HƏMAS-ın İsrailin qoşunlarını Qəzzadan çıxarmaq üçün yeni şərtlər irəli sürdüyü barədə yaydığı bəyanatı şərh edərkən deyib.
Zərdüşt Əlizadənin fikrincə, İsrail çalışır ki, gələcəkdə Qəzza zolağından özünə qarşı heç bir təzyiq olmasın:

"Ona görə də bölgəni nəzarətdə saxlamaq üçün müəyyən üsullar axtarır. Təl-Əviv HƏMAS-ın tərk-silah edilməsi, Qəzza üzərində beynəlxalq nəzarətin olmasını və müstəqil Fəsəltin dövlətinin yaradılması söhbətinin qapadılmasını istəyir. Yəni onun şərtləri dolayı formada işğalın davam etdirilməsinə hesablanıb. Bir sözlə, İsrail cəbhədə əldə etdiyi üstünlükdən öz mövqeyini möhkəmləndirmək üçün istifadə edir".
Qeyd edək ki, HƏMAS yaydığı son bəyanatda İsrailin qoşunlarının Qəzza zolağından çıxarılması üçün yeni şərtlər irəli sürdüyünü bildirib. HƏMAS hərəkatı iddia edir ki, İsrail hakimiyyəti qoşunların çıxarılması, atəşkəs, əsirlərin mübadiləsi və köçkünlərin geri qaytarılması ilə bağlı yeni tələblər irəli sürüb. Lakin bu tələblərin konkret olaraq nədən ibarət olduğu açıqlanmır.
Xatırladaq ki, Qəzza ilə bağlı danışıqlar hazırda Qətər və Misirin vasitəçiliyi ilə Dohada aparılır.
Rüfət Sultan























































