200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Gələn ildən KT və MRT tam ödənişsiz olmayacaq

İcbari Tibbi Sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova danışıb.
O bildirib ki, hazırda KT və MRT müayinələri sığorta hesabına tam ödənişsiz şəkildə həyata keçirilir və bu da əsaslandırılmamış müraciətlərin artmasına, müayinələrdə uzun növbələrə və diaqnostika prosesinin gecikməsinə səbəb olur: “2024-cü ilin 11 ayı ərzində icbari tibbi sığorta hesabına 3.2 milyondan çox radioloji tibbi xidmət göstərilib. Bu xidmətlərdən 481 minə yaxını KT və MRT xidmətlərinin payına düşür. Növbəti ildən etibarən tibbi göstəriş əsasında ambulator şəraitdə aparılan MRT və KT müayinələri üçün hər müraciət üzrə Xidmətlər Zərfinin tarifinə uyğun olaraq 20% məbləğində müştərək maliyyələşmənin tətbiq edilməsi müzakirə olunur. Müştərək maliyyələşmə məbləği müayinə üçün vətəndaş tərəfindən ödənilən məbləğdir.
Bu dəyişikliklər radioloji xidmətlərdən yalnız tibbi göstəriş olduqda istifadəni təmin etmək məqsədi daşıyır. Sözügedən mexanizmin tətbiqi qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra mümkün olacaq”.
Lamiyə Məmmədova























































