Xəbər Lenti
6-05-2026, 14:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 08:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
5-05-2026, 06:04
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Bu kanalın yenidən qurulmasına 12,4 milyon manat ayrıldı

Əlincəçaydan su götürən və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi hazırlıq işlərini yekunlaşdırıb.
Agentlik sözügedən işlərin icrasını "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq, sözügedən su anbarının yenidən qurulması üçün agentlik şirkətə 12,4 milyon manat ödəyəcək.
Qeyd edək ki, kanalın yenidən qurulması işləri həvalə edilən şirkət - "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 720 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.























































