Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 07:04

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 07:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 07:17

Pezeşkian Türkiyəyə gedir

05 Ock 09:51Manşet / Gündəm

Bakıya arabir yağış, dağlıq və dağətəyi rayonlara qar yağacaq

Bakıya arabir yağış, dağlıq və dağətəyi rayonlara qar yağacaq

Yanvarın 6-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 % olacaq.

Yanvarın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.