Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

12 Ock 10:19Manşet / Gündəm

Gülxanım Vəliyeva vəfat etdi

Gülxanım Vəliyeva vəfat etdi

Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.
Bu barərə APA-ya BDU-nun Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov məlumat verib.
Mərhum alim bu gün Buzovna qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, G.Vəliyeva bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, G. Vəliyeva 7 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1968-1970-ci illərdə AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1970-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında müxtəlif vəzifələrdə (baş laborant, müəllim, baş müəllim, dosent) çalışıb.
G.Vəliyeva 1984-cü ildə "Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1990-ci ildə isə dosent elmi adını alıb. Elə həmin ildən BDU-nun Türkologiya kafedrasının dosenti kimi fəaliyyət göstərib.