Menu
Xəbər Lenti
Allah rəhmət eləsin!
17-04-2025, 18:07

Allah rəhmət eləsin!

Naxçıvanda daha bir təyinat
17-04-2025, 17:04

Naxçıvanda daha bir təyinat

Millimiz Xorvatiyaya qarşı
15-04-2025, 08:07

Millimiz Xorvatiyaya qarşı

Pampers dərdi və bərbər
14-04-2025, 09:50

Pampers dərdi və bərbər

ADY-də yeni təyinat
14-04-2025, 09:42

ADY-də yeni təyinat

27 Ock 09:10Manşet / Cəmiyyət

Plastik cərrahların nəzərinə! - Sənəd qəbulu dayandırılır

plastik-cerrahlarin-nezerine

Plastik cərrahlar üçün Xüsusi Təftiş Komissiyasına sənəd qəbulu yanvarın 31-dən sonra dayandırılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.