“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
ABŞ-də qəzaya düşən helikopterin də “qara qutu”su tapıldı

Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə toqquşan hərbi helikopterin “qara qutu”su tapılıb.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) rəsmisi Todd İnman bildirib.
İnman “qara qutu”nun NTSB-nin qərargahına təhlükəsiz şəkildə gətirildiyini və agentliyin bu məlumatlardan qəti nəticə çıxara biləcəyinə inandığını söyləyib.
Qeyd edək ki, iki gün öncə dalğıclar Vaşinqton yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin “qara qutu”larından birini aşkar edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb.
Qəza yerindən 41 nəfərin cəsədi çıxarılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib.






















































